
Tanınmış baş məşqçi sabiq klubuna qayıtdı
- 19 İyn 2023 16:00
- 285
Şotlandiyanın "Seltik" komandasının yeni baş məşqçisi açıqlanıb.
Rekord.az Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Brendan Rocers hazırkı ölkə çempionuna qayıdıb.
50 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.
Ötən mövsüm İngiltərədə "Lester Siti"də işləyən Brendan Rocers 2016-2019-cu illərdə "Seltin"in sükanı arxasında olub.