
Tahir Gözəl: "Sabah çox gözəl bir gün olacaq" MÜSAHİBƏ
- 25 Mar 2023 18:18
- 673
Rekord.az xəbər verir ki, "Qarabağ"ın prezidenti Tahir Gözəl "Qalatasaray"la sabah keçiriləcək xeyriyyə matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb:
- Tahir bəy, sabahkı oyunla bağlı fikirləriniz...
- Bildiyiniz kimi, bu yaxınlarda Türkiyədə çox böyükbir faciə oldu. Azərbaycan dövləti, xalqı öz həmrəyliyini, möhtəşəm qardaşlıq iradəsini göstərdi. Türkiyəyə böyük yardımlar edildi. Çox sevinirəm ki, "Qarabağ” və “Qalatasaray” əl-ələ verib, Türkiyənin bu ağır durumunda kömək və dəstək üçün bir yerə gəldilər. Belə möhtəşəm oyunu təşkil etmək imkanımız oldu. Sabah məncə çox gözəl bir gün olacaq, möhtəşəm bir ab-hava olacaq. Azarkeşlərin əlində 40 min bayraq dalğalanacaq. 20 min Azərbaycan, 20 min Türkiyə bayrağı. Düzdür, qeyri-adi haldı, milli üzvülərimiz yoxdur, digər klublara icarəyə verdiyimiz futbolçuları geri çağırdıq. Amma bunların heç bir önəm yoxdur. Əsas odur ki, iki qardaş ölkənin komandası əl-ələ verib möhtəşəm bir matç keçirəcək. Mənim üçün önəmli olan budur.
- Oyunun keçirilməsi ideyası kimdən gəldi, təklifi kim verdi, siz, yoxsa "Qalatasaray"?
- "Təklif hər iki tərəfdən oldu. Biz təklif etdik, “Qalatasaray” tərəfi də müsbət cavablandırdı. Əslində biz bu cür oyunun təşkilini çox istəyirdik, daha öncədən istəyirdik. Bundan əvvəl “Beşiktaş”la da söhbətimiz olmuşdu. Sadəcə “Qalatasaray”dan konkret addım gəldi və biz arzumuza nail olduq. Belə deyək, daha öncə olmalı idi, qismət bu günə imiş.
-