Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatı keçiriləcək.

Rekord.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış dekabrın 24-də başlayacaq və 5 gün davam edəcək.

Bakı İdman Sarayında keçiriləcək çempionata yeniyetmələrin mübarizəsi ilə start veriləcək. Dekabrın 26-27-də gənclər arasında Azərbaycanın ən güclü taekvondoçularının adlarına aydınlıq gələcək.

2023-cü ilə böyüklər və parataekvondoçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 28-də dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun çəki ilə deyil, boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) uyğun yarışacaqlar. Gənclər 20 çəki dərəcəsində (oğlanlar - 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 kq; qızlar - 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 kq), böyüklər isə 16 çəkidə (kişilər - 54, 58, 63, 68, 74, 80, 87, +87 kq; qadınlar - 46, 49, 53, 57, 62, 67, 73, +73 kq) mübarizə aparacaqlar.