
“Şuşa” yeni futzalçılarla anlaşdı
- 14:40
- 40
Yeni mövsümün hazırlığını davam etdirən “Şuşa” komandası heyətini bir neçə futzalçı ilə gücləndirib, həmçinin loqosunu dəyişib.
Rekord.az xəbər verir ki, Yüksək Liqa təmsilçisi “Neftçi” İK-dan ayrılan Namiq Məmmədkərimov və Adil İsmayılovla, eləcə də “Araz-Naxçıvan”ın da formasını geyinmiş qapıçı Azər Fərmanovla anlaşıb.
Ötən mövsüm “Yasamal Bakı”da çıxış etmiş Elçin Məmmədov da “Şuşa”nın uğurları üçün çalışacaq.
Klub həmçinin yeni mövsümə yeni loqo ilə start verəcək.