"Nəticə məyusedicidir. Komanda 60 dəqiqə yaxşı oynadı. Rəqiblə müqayisədə 1-2 yaxşı variantımız var idi".

Rekord.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Sürix"in baş məşqçisi Franko Foda İsveçrə Superliqasının ilk turunda "Yanq Boyz"a 0:4 hesablı məğlubiyyətini şərh edərkən deyib.

56 yaşlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında böyükhesablı məğlubiyyəti komandasının çox səhv etməsi ilə bağlayıb: "Matçın əsas məqamı reallaşdırılmamış penalti oldu. İkinci və üçüncü qolları sadə buraxdıq. "Yanq Boyz" üçün isə çox asan epizodlar alındı. Məyusuq, çünki lazımsız məğlubiyyət qeydə alındı.

Əgər siz öndə asan topları itirirsinizsə, bunun oyun sistemi ilə heç bir əlaqəsi yoxdur. 90 dəqiqə müdafiəyə diqqət yetirməliyik, xüsusən də Berndə yüksək səviyyəli matç oynadığımız zaman. Qarşıda hələ görüləsi çox iş var. Məşqlərdə öyrənməli olduğumuz məqamlar qalıb".

Qeyd edək ki, “Qarabağ” – “Sürix” matçı iyulun 19-da Bakıda keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra isə İsveçrədə oynanılacaq.