"Bavariya"nın hücuçusu Şupo-Motinq PSJ üzərindəki qələbəni şərh edib.

Rekord.az xəbər verir ki, o, qələbəyə layiq olduqlarını düşünür: "Oyunu yaxşı keçirdik. İlk 25 dəqiqədə əla oynadıq. İkinci hissəyə də yaxşı başladıq. Hesab oyuna görə oldu. PSJ əla komandadır və onları məğlub etdiyimiz üçün çox şadıq. Hər bir oyunçu sübut etdi ki, biz bu gün meydançaya 3 xal üçün çıxmışdıq".