Basketbol üzrə Azərbaycan Super Liqasında 16-cı turun oyunları təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd olunur ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı AzTU-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar Super Liqanın 16-cı turunun oyunları başqa vaxta təyin ediləcək.

Sözügedən turun oyunları fevralın 7 və 8-də keçirilməli idi. Çempionatın görüşləri məhz Texniki Universitetin idman zalında təşkil olunur.

15 turdan sonra turnir cədvəlindəki vəziyyət belədi:
 
1. Zirvə Astara - 28 xal
2. Atom - 26
3. Sərkərdə - 23
4. Xırdalan - 22
5. Gəncə - 22
6. Atletik Baku - 21
7. Sıçrayış - 21
8. 80-lər - 14