
Super Liqada yeni mövsümün başlama vaxtı bilindi
- 29 Apr 2022 19:15
- 463
Futbol üzrə Türkiyə Super Liqasında 2022/23 mövsümünün start tarixi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Super Liqa ilə yanaşı, 1-ci, 2-ci və 3-cü liqalarda yeni mövsümün başlama vaxtını açıqlayıb.
Super Liqa və 1-ci liqada yeni mövsüm avqustun 5-8-də keçiriləcək ilk turun matçları ilə start götürəcək. 2023-cü il mayın 28-də isə mövsümə yekun vurulacaq.