Basketbol üzrə Azərbaycan Super Liqasında 17 və 18-ci turların təqvimi açıqlanıb.

Rekord.az xəbər verir ki, fevralın 19 və 20-də AzTU-nin idman zalında 17-ci turun qarşılaşmaları keçiriləcək.

18-ci turun bütün oyunları isə fevralın 22-də baş tutacaq.

“80-lər” Xarkovda (Ukrayna) beynəlxalq turnirə qatıldığına görə, bu komandanın “Sıçrayış” və “Sərkərdə” ilə qarşılaşmaları başqa vaxta keçirilib.

Azərbaycan Super Liqası
17-ci tur

19 fevral

16:30. Zirvə Astara - Sərkərdə

20 fevral

17:30. Xırdalan - Gəncə
19:30. Atletik - 80-lər

18-ci tur

22 fevral

12:00. Sıçrayış - Gəncə
14:00. Atom - Atletik
16:00. Zirvə Astara - Xırdalan