
Super Liqada mövsümün ilk baş məşqçi istefası
- 19 Avq 2025 15:20
- 183
Türkiyənin "Qaziantep" klubu baş məşqçisi İsmet Taşdemirlə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, Super Liqada mövsümün ilk baş məşqçi istefası olub.
"Qaziantep" yeni mövsümdə iki oyuna çıxıb. Komanda "Qalatasaray" və "Konyaspor"a 0:3 hesabı ilə uduzub.