Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. “Rekord.az” xəbər verir ki, ölkə birinciliyində çıxış edən Gürcüstan komandası Super Liqanın 2019/2020 illər mövsümündə ilk oyununa çıxıb.

Qonşu ölkə Bakıda ilk görüşünü “Mübariz”ə qarşı keçirib. Voleybol Mərkəzində baş tutan qarşılaşma komandamızın üstünlüyü ilə yekunlaşıb. Adnan Kistakın rəhbərlik etdiyi kollektiv ilk setdə rəqibini 25:18 hesabı ilə məğlub edib. İkinci hissəni 25:17 hesabı ilə aktivinə yazan “Mübariz” üçüncü setdə 25:16 hesabı ilə qalib gəlib.

Bu, “Mübariz”in 4-cü matçda 2-ci qələbəsi olub. Komanda 6 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.