Basketbol üzrə Azərbaycan Super Liqasında 14-cü turun oyun cədvəli açıqlanıb.

Rekord.az xəbər verir ki, növbəti turun qarşılaşmaları yanvarın 25-də keçiriləcək.

Turun ən maraqlı qarşılaşması “Atom”la lider “Zirvə Astara” arasında baş tutacaq. "Atom" rəqibini məğlub etdiyi halda xal hesabında "Zirvə"yə çatacaq.

Azərbaycan Super Liqası
14-cü tur

25 yanvar

12:00. Atletik - Sərkərdə

14:00. Sıçrayış - Xırdalan

16:00. Atom - Zirvə Astara

18:00. 80-lər - Gəncə