
Super Liqa klubunda yeni baş məşqçi
- 26 İyn 2023 14:41
- 325
Türkiyənin “Sivasspor” komandasının yeni baş məşqçisi bəlli olub.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Sərvət Çətin çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 42 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb.
Bu, Sərvət Çətinin baş məşqçi kimi ilk təcrübəsi olacaq. O, son dörd ildə Sivas klubunda Rıza Çalımbayın köməkçisi kimi fəaliyyət göstərib. Çalımbay geridə qalan mövsüm bitən kimi postundan ayrıldığını açıqlamışdı.