Türkiyənin “Gənclərbirliyi” klubu yarımmüdafiəçisi Sadio Diallo ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Qvineyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2019/20 mövsümünün əvvəlindən “Gənclərbirliyi”ndə çıxış edirdi. Ötən yay “Hatayspor”dan transfer edilən yarımmüdafiəçi Super Liqada 6, Türkiyə kubokunda 2 oyuna çıxıb.