“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Yunanıstanın yığmasının və “Panatinaikos”un yarımmüdafiəçisi Dimitrios Kurbelisi transfer edib.

Azad agent statusuna malik 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

“Asteras”ın (Tripolis) yetirməsi olan Kurbelis 2017-ci ildən “Panatinaikos”da forma geyinirdi. O, Yunanıstan millisində 32 oyuna 1 qol vurub.