
Sumqayıtlılara şad xəbər: aprelin 1-dən işlər bərpa olunur
- 30 Mar 2022 11:00
- 666
Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadiondan yeni xəbər var.
Rekord.az xəbər verir ki, uzun müddətdir təmir işləri dayanan arenada işlər yenidən bərpa olunur.
Bu barədə şəhər icra hakimiyyətindən məlumat verilib. Belə ki, işlərin yekunlaşması üçün vəsait artıq ayrılıb və aprelin 1-10-u aralıqlarından etibarən yekun işlərə start veriləcək.