Zədə səbəbindən "Şamaxı" ilə oyunu buraxan "Sumqayıt"ın yeni legioneri Dieqo Kariokanın son durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, futbolçunun ciddi problemi qalmayıb və böyük ehtimalla Qəbələyə aparılacaq.
Lakin onun oynayıb-oynamayacağına baş məşqçi Samir Abaso qərar verəcək.