Növbəti mövsümdən Premyer Liqada 21 yaş limitinin ləğvi “Sumqayıt”ın işinə yaraya bilər.

Rekord.az xəbər verir ki, Sumqayıt təmsilçisi digər klublarda bu yaş limitində olan futbolçuları öz heyətinə qatmağı düşünür.

Heç kimə sirr deyil ki, əksər klublar bu yaşda olan futbolçuların xidmətindən məcburiyyətdən istifadı edirdi. Yəni AFFA şərt qoymuşdu ki, hər komandada mütləq bir nəfər 21 yaşlı futbolçu start heyətində yer almalı idi. Onu da yalnız başqa bir 21 yaşlı futbolçu əvəzləyəı bilərdi. Artıq bu qayda ləğv olunub və məlum məsələdir ki, bu günə qədər məlum limitə görə məcbur şəkildə oynadılan bir sıra futbolçular ehtiyatda qalacaq. “Sumqayıt” da məhz həmin futbolçuları heyətibə qatıb boşluğu dodurmaq istəyir. Yaxın günlərdə uyğun bilinən futbolçularla danışıqlar başlanılacaq.