
"Sumqayıt"ın verilməyən penaltisi VİDEO
- 20 Apr 2022 12:00
- 685
Premyer Liqanın ötən turunda keçirilən “Qəbələ” – “Sumqayıt” qarşılaşması (1:1) Rauf Cabarovun çoxsaylı səhvləri ilə yadda qaldı.
Rekord.az xəbər verir ki, FİFA referisi adına yaraşmayan idarəçiliklə hər iki komandanı özündən narazı salan Cabarovun daha bir kobud xətası ilə oxucularımızı tanış etmək istəyirik.
Epizod matçın 69-cu dəqiqəsinə təsadüf edib. Belə ki, “Qəbələ”nin müdafiəçisi Ruan Renato “Sumqayıt”ın əks-hücumu zamanı Rüfət Abdullazadənin üzünə dirsəklə zərbə endirir.
Hadisə cərimə meydançası daxilində baş verdiyindən, təmiz penaltidir. Lakin FİFA referisi özünü görməzliyə vurur və heç nə olmamış kimi üstündən keçir.