Məlum olduğu kimi, I Divizionda sonuncu pillədə qərarlaşan "Sumqayıt-2"nin baş məşqçisi Vüqar Quliyev istefaya göndərilib.

Rekord.az xəbər verir ki. onu mövsümün sonuna kimi köməkçisi Azər Mehtiyev əvəzləyəcək.

Yeni baş məşqçi ilə bağlı qərar da məhz mövsümün sonunda veriləcək. Əgər Mehtiyev komandada müsbətə doğru ciddi dəyişikliklər etməyi bacarsa, baş məşqçi postunda qalacaq və onunla rəsmi müqavilə bağlanacaq.