“Sumqayıt”ın Antalyada qaldığı oteldən çıxarılması haqda məlumat yayılıb.

Rekord.az xəbər verir ki, guya buna səbəb rəhbərliyin otelə lazım olan vəsaiti tam köçürməməsi olub.

Lakin klubdan aldığımız məlumata görə, yayılan məlumatların heç bir əsası yoxdur. Klub hazırda oteldədir və yanvarın 26-a kimi də orda qalacaq. Yanvarın 26-da isə toplanışı başa vuraraq vətənə qayıdacaq.