Son günlər "Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Donald Geryenin "Sumqayıt"a keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Rekord.az məsələyə Sumqayıt klubundan münasibət öyrənib.

Klubun baş məşqçisi Samir Abasov məlumatı təzib edib: "Yox Gerye heç vaxt biim planımıza daxil olmayıb. Onunla hansısa danışıq da aparmamışıq. Hazırda vacib hesab etdiyimiz mövqelər üzrə 2-3 futbolçu ilə danışıqlar gedir və o suyahıda Geryenin adı yoxdur".