Bu yaxınlarda mətbuatd “Sumqayıt”ın avtobusunun guya ikinci əl olmasına dair xəbər yayıldı. Eyni zamanda qeyd olundu ki, rəhbərlik avtobus sürücüsünü tənbeh edərək “radar”a düşməməyi tələb edib. Eyni zamanda bildirilib ki, belə hal olarsa, cəriməni sürücü özü ödəyəcək.

Rekord.az yayılan məlumatla bağlı klubdan mövqe öyrənib.

“Sumqayıt” Futbol Akademiyasının baş meneceri Fərhad Həsənov saytımıza açıqlamasında bütün bunları təkzib edib: “Avtobusumuz təzədi və bunu hər kəs təsdiq edə bilər. Onun işlənmiş olmasına dair məlumatı kim çıxardıb bilmirəm. Tamamilə yalan və əsassız məlumatdı. O ki qaldı sürücünü “radar”a görə tənbeh etməyə, ola bilsin ona deyilib ki, diqqətli sürsün, qaydaları pozmasın. Çünki bu avtobus sırf akademiya üçün alınıb və uşaqları oyunlara aparıb-gətirir. Amma hansısa tələbdən və yaxud cərimənin sürücüyə ödənilməsindən söhbət belə gedə bilməz”.