Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli tam orta məktəbdə Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş yunan-roma güləşi üzrə 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki. birinciliyin keçirilməsində məqsəd yunan-roma güləşi idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, şəhər yığma komandasının komplekləşdirilməsidir.

Yarışın qalib və mükafatçıları diplom və medalla təltif olunub, eyni zamanda Quba rayonunda keçiriləcək region birinciliyində iştirak etmək hüququ əldə edib.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli tam orta məktəbdə Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş yunan-roma güləşi üzrə 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilib.

Birinciliyin keçirilməsində məqsəd yunan-roma güləşi idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, şəhər yığma komandasının komplekləşdirilməsidir.