
“Sumqayıt”da yeni müqavilə
- 20 İyn 2023 13:00
- 384
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayevlə 2+1 illik anlaşma əldə olunub.
Xaçayev 2018-ci ildən “Sumqayıt”ın futbolçusudur. Bu müddət ərzində 84 qarşılaşmada meydana çıxan 25 yaşlı yarımmüdafiəçi 6 dəfə rəqib qapılarına yol tapıb.