Sumqayıtda voleybol turniri
- 18:22
- 36
Abşeron-Xızı regional Gənclər və İdman İdarəsi və 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş gənclər təşkilatları arasında voleybol turniri təşkil edilib.
Rekord.az xəbər verir ki, turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və gənclər təşkilatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olub.
Yarışın nəticələrinə əsasən: I yerə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regionu üzrə “Strike Zone” komandası, II yerə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Sumqayıt” komandası, III yerə isə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin “Zəfər” komandası layiq görülüb.
Qalib komandalara 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin sertifikatları, I yerin sahibinə isə Regional İdarələrin hədiyyələri təqdim olunub.