Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 may 2026-cı il tarixində “Qarabağ NN” stolüstü tennis bazasında 2013-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında stolüstü tennis idman növü üzrə Sumqayıt şəhər birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, məqsəd şəhərdə güclü tennisçilərin müəyyən edilməsi, uşaq, yeniyetmə və gənclər arasında bu idman növünə marağın artırılması, şəhər yığma komandasının komplekləşdirilməsidir.

Qaliblər diplom və medallarla təltif olunub.