Sumqayıtda bilyard yarışı
- 28 Avq 2026 09:30
- 207
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 avqust 2026-cı il tarixində Sumqayıt şəhər AF Bilyard Lounge-də "Sağlam Gənclik Günləri" layihəsi çərçivəsində gənclər arasında "8 Top - Gənclərin Bilyard Oyunu" adlı yoldaşlıq görüşü keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd bilyard idman növünün təbliğ edilməsi, gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkil olunması, həmçinin onlar arasında dostluq münasibətlərinin və komanda ruhunun gücləndirilməsi olub.