
“Sumqayıt”a şərtlə gəlib
- 21 Apr 2022 12:00
- 658
Xəbər verdiyimiz kimi, “Sumqayıt” Azərbaycan millisinə də cəlb edilərn Anatoli Nuriyevlə razılığa gəlib.
Rekord.az xəbər verir ki, razılaşmaya görə, Nuriyev Sumqayıt təmsilçisində mövsümün sonuna kimi, yəni cəmi iki aylıq gəlib.
Bunun səbəbi isə futbolçunun belə istəməsi olub. Anatoli hazırkı durumda məcburiyyətdən "Sumqayıt"a gəlib. Müharibə səbəbindən Ukraynada çempionat dayandığından oyun praktikasını itirmək istəməyən Nuriyev "Sumqayıt"dan gələn təklifi dəyərləndirməyə qərar verib. Əgər yeni mövsümə kimi Ukraynada vəziyyət düzəlsə, yenidən Ukraynaya qayıdacaq.