Sumqayıt tennisinin növbəti uğuru
- 22 Mar 2023 17:30
- 366
Bu yaxınlarda Türkiyənin Antaliya şəhərində startı verilən stolüstü tennis üzrə beynəlxalq turnirdə iştirak edən milli yığma komandanın üzvləri arasında Sumqayıt idmançıları xüsusi fərqlənib.
Rekord.az xəbər verir ki, sözügedən şəhəri təmsil edən Yağmur Məmmədli (U-13) və Mərziyyə Nurmətova (U-15) şəxsi yarışlarda müvafiq olaraq turnirin gümüş və bürünc medalına layiq görülmüşlər.
Turnirə 25 mart tarixində yekun vurulacaq.
Qeyd edək ki, idmançıların məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Elnur Hidayətzadədir.