
Sumqayıt stadionunda işlərin dayanmasına AFFA-dan münasibət
- 02 Fev 2022 17:00
- 612
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Sumqayıt şəhər stadionunda yenidənqurma işlərinin dayandırılmasına münasibət bildirib.
Rekord.az-ın xəbərinə görə, o, bu gün keçirdiyi mətbuat konfransında məsələ ilə əlaqədar klub rəhbərliyi ilə mütəmadi danışdıqlarının bildirib.
“Həmin stadion AFFA-nın balansında deyil. Sifarişçi Sumqayıt Şəhər İcra Hakimiyyətidir. Klub prezidenti Riad Rəfiyevlə mütəmadi danışıram. Yaxşı olardı ki, stadion tezliklə hazır olsun, komanda ev oyunlarını orada keçirsin” – deyə E.Məmmədov qeyd edib.