
Sumqayıt stadionu səpinə hazırlanır
- 13 Mar 2021 15:00
- 929
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda işlər yekunlaşmaq üzrədir və son mərhələyə qədəm qoyub.
Rekord.az xəbər verir ki, hazırda qazonun əkinə hazırlanması prosesi gedir.
Sadəcə, havaların qeyri-sabit keçməsi işləri müəyyən qədər yubadır. Bununla belə, martın sonuna kimi ilkin mərhələnin yekunlaşması nəzərdə tutulub. Bundan başqa tribunalarda quraşdırılacaq oturacaqlar və tablo da sifariş verilib və iş icraçıları hazırda onların yolunu gözləyir. Gələn kimi, quraşdırılmasına başlanılacaq.