
"Sumqayıt" Serbiyada futbolçu axtarır
- 17 İyn 2023 13:00
- 632
"Sumqayıt" yeni mövsümün transfer çalışmalarını davam etdirir.
Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Samir Abasov Balkan yarımadasındakı əlaqələrini işə salaraq orada futbolçu axtarır.
Konkret olaraq, Serbiyadan olan bir neçə futbolçu ilə bağlı danışıqlar gedir. Abasovun axtardığı futbolçular daha çox ön xətlə bağlıdır.