"Sumqayıt" "Şamaxı"nın bu futbolçusunu istəyir
- 10 İyn 2023 15:00
- 886
"Sumqayıt" "Şamaxı"nın futbolçusu Fuad Bayramovu heyətinə qatmaq istəyir.
Rekord.az xəbər verir ki, yerli futbiolçu tapmaqda çətinlik çəkən Sumqayıt təmsilçisinin Fuad kimi futbolçulara ehtiyacı var.
Amma məsələ ondadır ki, Fuada digər təkliflər də var. Bununla bərabər, Premyer Liqada qalacağı təqdirdə "Şamaxı" özü də onu saxlamaqda və maaşını artırmaqda maraqlıdır.