2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK daha bir futbolçunun keçidini reallaşdırıb. 


Rekord.az xəbər verir ki, sözügedən klub ötən mövsümü "Neftçi"də çıxış etmiş Höccət Haqverdi ilə 2 illik müqavilə imzalayıb.


Təcrübəli müdafiəçi 3 nömrəli formada çıxış edəcək. 


2020/21 mövsümündə “Sumqayıt”la bürünc medal qazanan Höccət Haqverdi 1,5 mövsüm bu komandanın şərəfini qoruyub. Komandanın heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 49 matça çıxan mərkəz müdafiəçisi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.