
“Sumqayıt” Höccəti “Neftçi”yə vermək istəmir
- 05 Yan 2023 13:00
- 1018
Son günlər millinin üzvü Höccət Haqverdinin “Neftçi”yə transferi haqda məlumatlar dolaşır.
Rekord.az xəbər verir ki, futbolçu “Traktor”da forma geyinsə də, “Sumqayıt”la qüvvədə olan müqaviləsi var.
Ona görə də gələn həftə Antalyaya gəlib klubun düşərgəsinə qoşulacaq. Onun gələcəyi ilə bağlı qərarı baş məşqçi Samir Abasov verəcək. Abasov Höccətin xidmətində maraqlı olsa, müdafiəçi “Sumqayıt”da qalacaq.