
Sumqayıt futbolunun daha bir istedadı FOTOLAR
- 18 İyn 2023 16:00
- 1095
Sumqayıt hər zaman istedadlı futbolçuları ilə seçilib. Hazırda da bu cür istedadlar var və yetişməkdə davam edir.
Rekord.az xəbər verir ki, Emil Həsənzadə də belə uşaqlardan biridir.
2012-ci il təvəllüdlü Emilin müəllimi Teymur Abdullayevdir. 11 yaşlı istedadın əsas üstünlüyü sol cinahda oynamasıdır. Hansı ki,ölkəmizdə bu mövqeydə ciddi prolemlər var. Sol cinah hücumçusu olan Həsənzadə U-12-lər arasında keçirilən çempionatda 3-cü yeri tutub. Bundan başqa, Sumqayıt birinciliyində də ikinciliyi var. Hazırda dabanında zədə olan Emil zədəsini müalicə etdirir. Ona ən qısa zamanda yaşıl meydançalara dönməyi və qələbələri sıralamağı arzulayırıq.