
"Sumqayıt" Futbol Akademiyasında valideynlərlə görüş keçirildi
- 25 İyn 2023 13:00
- 365
"Sumqayıt" Futbol Akademiyasının nəzdində fəaliyyət göstərən və 4-8 yaş arası uşaqlarl əhatə edən "Təməl Qrup"da valideynlərlə görüş keçirilib.
Rekord.az xəbər verir ki, görüşdə akademiyanın koordinatoru, təcrübəli mütəxəssis Ağamusa Bağırov, eləcə də "Təməl Qrup"un məşqçiləri Orxan Abdullayev və Məhəmməd Alıyev iştirak ediblər.
Görülən işlər, gələcək planlar, uşaqların təhsil, qida, yuxu rejimi haqda danışan məşqçilər eyni zamanda qrupun1 aylıq istirahətə buraxıldığını da açıqlayıb. Eyni zamanda bildirilib ki, 2015-ci il təvəllüdlü uşaqlar növbəti aydan etibarən yeni məşqçiyə, Nicat Rəhimova həvalə olunacaq. Rəhimov 2015-ləri növbəti mövsümün U-9 liqasına hazırlayacaq.