"Sumqayıt" da Türkiyəyə dəstək kampaniyasına qoşuldu
- 09 Fev 2023 11:15
- 471
Türkiyəyə dəstək göstərənlər sırasına "Sumqayıt" klubu da qoşulub.
Rekord.az xəbər verir ki, tək əsas komanda yox, klubun bütün akademiyası, valideynlər də dəstək aksiyasına cəlb olunub.
Zəlzələ qurbanlarına dəstək olmaq istəyən şəxslər gücləri çatan əşyaları, geyim və yatacaqları klubun "Kapital Bank Arena"da yerləşən anbarına gətirib təhvil verir.