
Sumqayıt cüdoçularının Avropa kubokunda uğurları
- 14 Mar 2023 10:00
- 392
11-12 mart 2023-cü il tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə Avropa kubokunda iştirak edən milli yığma komanda yüksək nəticələrə imza atıb.
Rekord.az xəbər verir ki, nəticə qazananlar arasında Sumqayıt idmançılarıda xüsusi seçilib.
Belə ki, Sumqayıt idmançıları Süleyman Şükürov (73 kq) turnirin qızıl, Həsən Həsənli (50 kq) isə bürünc medalına sahib olub.
Qeyd edək ki, idmançıların məşqçiləri Azərbaycan Respublikasının Əməkdar məşqçiləri Fərid Ağakişiyev və Ceyhun Əliyevdir.