"Sumqayıt" yayda edilən və özünü doğurultmayan legionerlərin böyük əksəriyyətini göndırmək istəyir.

Rekord.az xəbər verir ki, baş məşqçi Samir Abasovun rəhbərlikdən əsas istəyi budur.

Abasov əvəzində ən azı 4 yeni legionerin alınmasını istəyir. Lakin əldə etdiyimiz məlumata görə, bu, heç də asan olmayacaq. Çünki legionerlərin bəziləri ilə anlaşmaq mümkün olmur. Onlara 2 aylıq maaşları qarşılığınsa müqaviləyə xitam verilməsi təklif olunsa da, qəbul etmirər və daha artığını istəyirlər. Bu isə "Sumqayıt"ın büdcəsinə uyğun gəlmir. Həmin futbolçular göndərilməyəcəyi halda yeni futbolçuların alınması da çətin olacaq. Çünki bəlli büdcə var və ondan kənara çıxmaq olmur. Hazırda rəhbərlik Abasovun istəmədiyi legionerlərlə dil tapmağa çalışır.