"Sumqayıt" bu xəbərə sevindi
- 15 Fev 2023 17:00
- 477
Həftəsonu "Qəbələ" ilə üz-üzə gələcək "Sumqayıt"ın düşərgəsində xoş xəbər var.
Rekord.az xəbər verir ki, komandanın kapitanı Vurğun Hüseynov zədəsini sağaldaraq sıraya dönüb.
Onun adının "Qəbələ" ilə oyunun iştirak ərizəsində olacağı gözlənilir. Lakin əsas heyətdə meydançaya çıxıb-çıxayacağına baş məşqçi qərar verəcək.