Bildiyiniz kimi, AFFA bu yaxınlarda “Qəbələ”, “Zirə” və “Səbail”lə yanaşı, “Sumqayıt”a da maddi yardım etdi. Federasiya sumqayıtlılara 300 min manat ayırdı. Düşünmək olardı ki, bundan sonra Sumqayıt təmsilçisi yeni futbolçuların transferini həyata keçirə biləcək.

Lakin Rekord.az-a daxil olan məlumata görə, vəziyyət heç də düzələnə oxşamır.

İş ondadır ki, komanda 1 həftədir Qəbələdə toplanış keçir. Operaiv Qərargahın yeni qərarından sonra güman ki, komanda ayın sonuna kimi Sumqayıta qayıda bilməyəcək. Bütün bunlar isə öncədən büdcədə nəzərdə tutuimayan xərclərdi.Avrokuboklarla bağlı “Azərikimya” 1 qəpik də əlavə vəsait ayırmayıb. Rəhbərlik öncədən nəzərdə tutulan büdcə ilə vəziyyəti düz-qoş edir. Bundan sonrav əlavə daha 1 həftə, 10 gün Qəbələdə qalmaq isə klubun büdcəsini aşır. AFFA-nın ayırdığı 300 minin bir hissəsi elə bu xərclərə ged\c\k. Çünki başqa büdcə yoxdur. Ona görə də 300 min manatı tam olaraq transferə xərcləmək mümkün deyil.