AFFA Hakimlər Komitəsinin sədri Ştuxlikin hakimlərin mətbuatla ünsiyyətinə qadağa qoyması haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, avstriyalı bu qadağanı aradan götürmək niyyətində deyil.

Belə ki, o, hakimlərin növbəti toplantısında bir daha bu məsələni qaldırıb və bütün hakimlərə bildirib ki, heç kim nə mətbuata, nə də hansısa tv-ə heç bir açıqlama verməsin. Kim bu qadağanı pozsa sərt şəkildə cəzalanacaq.