Xəbər verdiyimiz kimi, premyer-liqada 2019/20 mövsümündə ilk 4 pillənin sahibi olan komandalar - "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" Operativ Qərargahın icazəsi ilə Qəbələdə təlim-məşq toplanışı keçir.

 

Rekord.az xəbər verir ki, bu qərar komandalarımızın ÇL və AL-də yüksək səviyyədə iştirakını təmin etmək üçün qəbul edilib.

 

Klublar bölgədə bir-biri ilə yoldaşlıq görüşləri də keçirirlər. Bu səbəbdən də müəyyən sayda hakimlər sınaq görüşlərini idarə etmək üçün Qəbələ və Şamaxıya ezam olunublar.


Bəs, ümumiyyətlə, hakimlərin 2020/21 mövsümünə hazırlıq üçün təlim-məşq toplanışı nəzərdə tutulubmu? Bu suala aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi hazırda hakimlərin təlim-məşq toplanışı ilə bağlı hansısa qərarın olmadığını dedi: "AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik avqustun əvvəlində Bakıya gələcək. Avstriyalı paytaxta qayıdandan sonra hakimlərin təlim-məşq toplanışı ilə bağlı detallar dəqiqləşəcək. Hazırda bu məsələ ilə bağlı konkret qərar yoxdu" ("Futbol plus")