Stolüstü tennisçilər “Prezident Kuboku”nda iştirak edəcəklər
- 20 May 2026 14:20
- 158
Azərbaycanın stolüstü tennisçiləri mayın 21-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək "Prezident Kuboku"nda mübarizə aparacaqlar.
Rekord.az xəbər verir ki, baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Arzu Aslanova, Xədicə Əbilzadə, Şəbnəm Mansurova, Onur Quluzadə, Nihad Məmmədov və Hilal Həsənov etimadı doğrultmağa çalışacaqlar.
Beynəlxalq yarışa mayın 24-də yekun vurulacaq.