Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sosial Xidmətlər Agentliyinin Mil-Muğan regional filialının birgə təşkilatçılığı ilə stolüstü idman oyunları və digər idman növləri üzrə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin Mil-Muğan regionu üzrə seçim turu keçirilib.

Rekord.az xəbər verir ki, uğur qazanmış iştirakçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən keçiriləcək VII Ümumrespublika yarışında iştirak edəcəklər.