AFFA-nın müdaxiləsi ilə dağılmaqdan son anda qurtulan "Şahdağ Qusar" hazırda məşqlərini Bakıda davam etdirir.

Rekord.az xəbər verir ki, "Neftçibaza"da məşq edən Qusar təmsilçisi həftədə 1000 manat ödəniş edir.

Belə ki, sözügedən bazada hər gün 2 saata yaxın məşq bölgə təmsilçisinə 200 manata başa gəlir. Məşqlər 1-5-ci günlər aralığında olur. Komandanın Bakıda məskunlaşmasının  səbəbi Qusar stadionunun hələ də təmirdə olmasıdır. 

Qeyd edək ki, ötən mövsüm II Liqanın qalibi olaraq I Liqaya vəsiqə qazanan komandadan sponsor imtina edib