Bu gün Sportnet.az internet nəşrinin fəaliyyətə başlamasından 6 il ötür.  Bu sayt 2014-cü il mayın 15-də İdman Araşdırmalar Mərkəzinin (İAM) layihəsi kimi oxucularla görüşə gəlib. Sportnet.az-ın fəaliyyəti çətin dövrə təsadüf etsə də, ötən müddətdə sabitliyi qorumaq mümkün olub. Üstəlik, İAM ötən il daha bir layihəsi olan Autocity.az-ı istifadəyə verib. Avtomobil həvəskarları üçün yaradılan sayt artıq yeni adla - Autoinfo.az kimi fəaliyyət göstərəcək.

 

Sportnet.az bütün növlər üzrə ölkədaxili və beynəlxalq yarışları işıqlandıırır, Azərbaycan idmanının təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. İnternet nəşrdə mühüm olaylar barədə xəbərlər, reportajlar hazırlanır, müxtəlif mövzularda müsahibələr, araşdırmalar, təhlillər yer alır. Sportnet.az 6 il ərzində  əməkdaşlıq edən və indiyədək onun uğurları üçün çalışmış bütün həmkarlarına təşəkkür etməyi, onları və sadiq oxucularını təbrik etməyi də unutmayıb.

 

"Rekord.az" kollektivi Sportnet.az-ı 6 yaşı tamam olması münasibətilə təbrik edir, yaradıcılıq uğurları arzulayır.