
"Sportinq"in baş məşqçisindən Ronaldo açıqlaması
- 15 Noy 2022 14:30
- 383
"Mançester Yunayted"dən ayrılacağı gözlənilən Kriştiano Ronaldo karyerasını "Sportinq"də davam etdirə bilər.
Rekord.az xəbər verir ki, məsələ ilə bağlı Lissabon təmsilçisinin baş məşqçisi Ruben Amorim açıqlama verib. 37 yaşlı mütəxəssis qapılarının 37 yaşlı hücumçunun üzünə açıq olduğunu deyib:
"Bu sualı mənə min dəfə veriblər. "Sportinq"də hər kəs onu sevir. Deyiləcək çox söz yoxdur. Ronaldo gələcəyi ilə bağlı qərarı özü verəcək. O, hazırda "Mançester Yunayted"in futbolçusudur".
Qeyd edək ki. Kriştiano Ronaldo "Sportinq"in yetirməsidir. O, 2003-cü ildə Portuqaliya klubundan "Mançester Yunayted"ə transfer olmuşdu.